Burundidə avtobusun aşması nəticəsində 18 nəfər ölüb, 55 nəfər xəsarət alıb

Burundidə avtobusun aşması nəticəsində 18 nəfər ölüb, 55 nəfər xəsarət alıb
# 11 aprel 2016 01:08 (UTC +04:00)

Bakı-APA. Burundinin Bujumbura-Rural əyalətində baş verən ağır yol qazası nəticəsində 18 nəfər ölüb, 55 nəfər xəsarət alıb.


APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, insident paytaxt Bujumburadan 18 km şərqdə qeydə alınıb.


Bildirilir ki, OTRACO dövlət nəqliyyat şirkətinə məxsus sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxaraq bir neçə dəfə aşıb.


İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR