Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanılıb

Moskvada Azərbaycan səfirliyinin əməkdaşını döyən şəxs saxlanılıb
# 16 aprel 2016 11:26 (UTC +04:00)

APA-nın “LifeNews”a istinadən verdiyi məlumata görə, bu, 31 yaşlı Xaybula Hacıyevdir.

Yerli hüquq-mühafizə orqanlarının versiyasına əsasən, E. Məhərrəmovla X. Hacıyev arasında mübahisə taksidə baş verib. E. Məhərrəmov baş və bədən nahiyələrindən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Tibbi dairələrdəki mənbənin bildirdiyinə görə, E. Məhərrəmova beyin silkələnməsi, dodaq və qaşın zədələnməsi diaqnozu qoyulub. Habelə onun qabaq dişi sınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR