Siyəzəndə broyler sexində yanğın olub

Siyəzəndə  broyler sexində yanğın olub
# 29 yanvar 2016 23:31 (UTC +04:00)

Bakı-APA. Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyəzən rayonu, Beşdam kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus “Siyəzən” ASC-nin ərazisində ümumi sahəsi 1068 kv.m olan broyler sexinin döşəməsi 278 kv.m sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR