Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Pirallahı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1936-ci il təvəllüdlü Telegina Klava Pavlovlanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.