"Sberbank" şəxsi messencerini yaradır

"Sberbank" şəxsi messencerini yaradır
# 12 may 2016 12:49 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın dövlət bankı olan "Sberbank" şəxsi messencerini yaradır.

"APA-Economics" xəbər verir ki, bu barədə bankın yaydığı məlumatda deyilir.

Messencer "Sberbank Online" servisinin bazasında yaradılacaq.

"İstifadəçilər messencer vasitəsilə yalnız dost və həmkarları ilə deyil, eyni zamanda müxtəlif servis, mağaza və lokal bizneslə əlaqə yarada biləcəklər", - deyə o qeyd edib.

Messencer bu ilin avqust ayında sınaqdan keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR