Azərbaycan bir ildə elektrik enerjisi və təbii qaz ixracını azaldıb

 Azərbaycan bir ildə elektrik enerjisi və təbii qaz ixracını azaldıb
# 19 noyabr 2015 12:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-oktyabr ayları üçün təbii qaz, qaz kondensatı və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında sayğac göstəriciləri əsasında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1 754 200,39 kubmetr qaz kondensatı ixrac edilib. Bu, 2014-cü ilin 10 ayı ilə müqayisədə 3,95% azdır.

Belə ki, ötən aylar ərzində Azərbaycandan xarici ölkələrə 6 760 111,22 kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin on ayı ilə müqayisədə 2,66% azdır.

Yanvar-oktyabr aylarında 195 515,77 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 34,69% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR