Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlamaq istəyən şəxs tutulub

Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlamaq istəyən şəxs tutulub
# 22 sentyabr 2016 09:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən 10 min manatlıq qızıl oğurlamaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Bakı şəhər sakini Bayram Qardaşxanovun evindən 200 manat pul və 10 000 manat dəyərində qızıl əşyaları oğurlamağa cəhd göstərən Sumqayıt şəhər sakini Rəhman Məmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR