ABŞ-da üç yaşlı uşaq bir yaşlı qardaşını tapança ilə öldürüb

ABŞ-da üç yaşlı uşaq bir yaşlı qardaşını tapança ilə öldürüb
# 02 oktyabr 2016 03:27 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Makdono şəhərində (Corciya ştatı) üç yaşlı oğlan tapança ilə oynayarkən bir yaşlı qardaşını öldürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, güllə uşağın başından dəyib. Yaralı xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Məlumata görə, silah ailə üzvlərindən birinə məxsus olub.

Polis ölən uşağın oynayarkən təsadüfən özünə atəş açdığını da istisna etmir.

Silah ekspertizaya göndərilib. Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR