Qubada 12 illik təhsilə keçidlə bağlı tədbir keçirilib

Qubada 12 illik təhsilə keçidlə bağlı tədbir keçirilib
# 04 aprel 2016 17:45 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Quba rayonunda 12 illik ümumi təhsilə keçidlə bağlı dəyirmi masa keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirələrdə Təhsil Nazirliyinin rəhbər işçiləri, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayon təhsil şöbələrinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, direktor müavinləri, müəllimlər və valideynlər iştirak ediblər.

Dəyirmi masada 12 illik ümumi təhsilə keçidin zəruri səbəbləri və əhəmiyyəti, bu sahədə dünya təcrübəsi, standartlar və təhsil proqramları (kurikulumlar), dərsliklər, kadr təminatı, məktəbə hazırlığın təşkili və prosesə hazırlıqla bağlı atılacaq digər zəruri addımlar, ümumi təhsilin yeni modelinə keçidlə bağlı qarşıda duran əsas hədəflər barədə məlumat verilib.

Çıxış edənlər 12 illik ümumi təhsilə keçidlə bağlı müasir tələblər və əmək bazarının xüsusiyyətləri nəzərə alınmaqla, məzmunun və tədris yükünün optimallaşdırılması, səviyyələr üzrə fənlərin müəyyənləşdirilməsi və inteqrasiyası, dərslik hazırlığı, tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkili, şagird sayı az olan məktəblərdə rasionallaşdırma tədbirlərinin həyata keçirilməsi, peşə təhsili imkanlarının genişləndirilməsi, ümumi təhsilin ölkəmiz üçün məqbul olan mümkün modellərinə dair təkliflər səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR