Gələn il mədəniyyət və incəsənət sahəsinə 140 milyon manat ayrılması nəzərdə tutulub - YENİLƏNİB

Gələn il mədəniyyət və incəsənət sahəsinə 140 milyon manat ayrılması nəzərdə tutulub - <span style="color: red;">YENİLƏNİB
# 29 sentyabr 2016 10:52 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Növbəti ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 3,1 faiz olmaqla, mütləq ifadədə 513,0 mln. manat təşkil edəcək.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərcləri üzrə ayrılan vəsaitin 140,3 mln. manatı və ya 27,3 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, 63,1 mln. manatı və ya 12,3 faizi radio, televiziya və nəşriyyat xərclərinə, 239,5 mln. manatı və ya 46,7 faizi bədən tərbiyəsi, gənclər siyasəti, turizm maliyyələşməsinə və 70,1 mln. manatı və ya 13,7 faizi digər kateqoriyalara aid edilməyən fəaliyyət xərclərinə yönəldiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR