Cəlilabad sakinindən 10 kq narkotik götürülüb

Cəlilabad sakinindən 10 kq narkotik götürülüb
# 25 yanvar 2016 08:39 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Xırdalanda polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində Cəlilabad rayon sakini, 1942-ci il təvəllüdlü Rasim Bəybəla oğlu Əliyev Xırdalan şəhəri ərazisində gizlətdiyi 10 kiloqramdan çox narkotik vasitəni götürərkən saxlanılıb. Polis idarəsinə gətirilən R. Əliyevin əlindəki sellofan torbadan 7.5 kiloqram tiryək və 3 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR