Xırdalanda "Jiquli" "KamAZ"la toqquşub, 1 nəfər ölüb

Xırdalanda "Jiquli" "KamAZ"la toqquşub, 1 nəfər ölüb
# 02 mart 2016 08:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Xırdalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 1-də saat 06 radələrində Xırdalan şəhərində Qobu qəsəbə sakini Sahibcan Məlikov idarə etdiyi “VAZ-2106” markalı avtomobili Sumqayıt şəhər sakini Vüqar Hüseynova məxsus yolun kənarında dayanmış “KamAZ” markalı avtomobilə vurub. Nəticədə S.Məlikovun sərnişini Rəhman Rəhmanzadə hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.


Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR