Bakı-APA. İsrail-Fələstin münaqişəsinin gərginləşməsi 32 fələstinli və 7 İsrail vətəndaşının həyatına son qoyub.
APA-nın “Al Jazeera”-ya istinadən verdiyi məlumata görə, oktyabrın 1-dən etibarən İsrailin güc strukturları ilə toqquşmalarda 2 min fələstinli yaralanıb.
Xəsarət alan İsrail vətəndaşlarının sayı 83-ə çatıb. Toqquşmalar həmçinin Qüdsün ətrafı və İordan çayının qərb sahilində baş verir.