"Azər-Türk Bank" xarici valyutada əməliyyatlar heç bir fasilə və məhdudiyyət tətbiq olunmadan həyata keçirilir

"Azər-Türk Bank" xarici valyutada əməliyyatlar heç bir fasilə və məhdudiyyət tətbiq olunmadan həyata keçirilir
# 14 yanvar 2016 13:22 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əhaliyə dollar satışını fasiləsiz həyata keçirən “Azər-Türk Bank”ın filialları qarşısında bu gün səhər saatlarında yaranmış müştəri sıxlığı artıq aradan qalxıb.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, filiallar qarşısında indi böyük növbələr nəzərə çarpmır: “Müraciət edən bütün müştərilərin mübadilə əməliyyatı həyata keçirməsi üçün lazımi şərait təmin edilib. Gün ərzində bankın baş ofisində və yerli struktur bölmələrinin hər birində 800-1000 nəfər müştəriyə müvafiq valyuta mübadilə xidməti göstərilir. Onlar sərbəst şəkildə valyuta mübadiləsini həyata keçirirlər. Hər bir müştəri müvafiq qaydaların tələblərinə uyğun, satılan valyutanın məbləğindən asılı olaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə gün ərzində 500 dollara qədər xarici valyuta ala bilər.

Mübadilə əməliyyatları Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnənin üzərinə bankın müvafiq marjası əlavə olunmaqla həyata keçirilir. Belə ki, 14.01.2016-cı il tarixinə bankda satış məzənnəsi 1 ABŞ dolları üçün 1,6320 manat, alış məzənnəsi isə 1,60 manat həddində müəyyənləşdirilib.

Bu günə qədər bankda müvafiq valyuta mübadilə əməliyyatları, eləcə də bankda xidmət göstərilən fiziki və hüquqi şəxslər üçün xarici valyutada əməliyyatlar (mübadilə, konvertasiya, xaricə köçürmə) heç bir fasilə və məhdudiyyət tətbiq olunmadan həyata keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR