Nazir: "İŞİD-ə qoşulan vətəndaşlarımızdan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu deyirlər"

Nazir: "İŞİD-ə qoşulan vətəndaşlarımızdan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu deyirlər"
# 26 aprel 2016 12:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Suriyada İŞİD sıralarına qoşulanlar arasında bizim vətəndaşlarımız da var. Onlardan bunun səbəbini soruşduqda İslamla bağlı ədalətsizliyin olduğunu düşünürlər".

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində keçirilən "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" adlı panel müzakirəsində deyib.

Nazir bildirib ki, əslində, ədalətsizlik zəruri elementdir.

"Biz nəticə deyil, səbəbin köklərinə baxmalıyıq. Belə olmadıqda uğursuzluğa düçar olacağıq", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR