Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 may

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 7 may
# 07 may 2016 18:00 (UTC +04:00)

YORUM

Bəzən tale yox, hətta təqvim də insanla kinayə ilə davranır. Amma elə məqamlar var ki, bunu kinayə kimi yox, stimul, dəstək mesajı kimi qəbul etmək lazımdır.

Sabah may ayının 8-dir, boynumuza alaq, məğlubiyyət günümüz... Qəribə burasıdır ki, mayın 9-da da Qələbə gününü qeyd edirik. Deməli, bizi öz müharibəmizdə, öz qələbəmizdən bir gün ayırır. Qələbəyə cəmi bir günlük addım var.

Bu cümlələr pafoslu görünə, pafoslu səslənə bilər. Kim necə düşünür, düşünsün. Şəxsən mən inamlıyam. Aprelin əvvəlində "dördgünlük müharibə" deyilən döyüşlərdə Azərbaycan əsgərinin şücaəti, qələbə qazanmaq əzmi, bir qarış torpağımızdan ötrü gözünü qırpmadan şəhid olmağı üstün tutması bu inamı daha da artırır. Geri aldığımız yüksəkliklər hələ başlanğıcdır, ən böyük yüksəklik Şuşadır. Yüksəklik isə qarğalara yaraşmır, yüksəklikdə qartallar yuva salmalıdır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR