Dövlət Gömrük Komitəsi illik büdcə proqnozunu yerinə yetirib

Dövlət Gömrük Komitəsi illik büdcə proqnozunu yerinə yetirib
# 06 yanvar 2016 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci il üçün Dövlət Gömrük Komitəsi (DGK) üzrə müəyyənləşdirilən illik büdcə proqnozunun yerinə yetirilməsi təmin edilib.

DGK-dən "APA-Economics”ə verilən xəbərə görə, ilkin məlumata görə, il ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 1 mlrd. 590 mln. manat proqnoza qarşı, faktiki olaraq 1 mlrd. 591,14 mln. manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,07% yerinə yetirilib.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,4 mln. manat və ya 5,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR