İstanbulda hərbi hissənin yanında törədilən partlayış nəticəsində 5-i hərbçi olmaqla, 8 nəfər yaralanıb - YENİLƏNİB

İstanbulda hərbi hissənin yanında törədilən partlayış nəticəsində 5-i hərbçi olmaqla, 8 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 12 may 2016 20:43 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. İstanbulda növbəti terror aktı törədilib. APA-nın “Ensonhaber.com”a istinadən verdiyi məlumata görə, hadisə Sancaktəpə rayonunda qeydə alınıb.

Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığındakı minik avtomobili partladılıb. Partlayış hərbçilərin olduğu xidməti maşın keçərkən törədilib. İlkin məlumata görə, maşında olan 5 əsgər yaralanıb. Partlayış zamanı yoldan keçən daha 3 vətəndaş da xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra əraziyə çoxlu sayda təhlükəsizlik qüvvələrinin əməkdaşı cəlb olunub. Hələlik hadisə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Polis isə, PKK terror təşkilatından şübhələnir.

**** 18.36

Bakı - APA. Bu gün İstanbulda partlayış törədilib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sancaktəpə rayonunda baş verib.

Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığındakı minik avtomobili partladılıb. Partlayış hərbçilərin olduğu xidməti maşın keçərkən törədilib. İlkin məlumata görə, maşında olan 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR