Bir qrup məhbus azadlığa buraxılıb

Bir qrup məhbus azadlığa buraxılıb
# 18 mart 2016 06:07 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı da əfv sərəncamına əsasən, artıq bir qrup məhbus cəzaçəkmə müəssisələrindən ayrılıb.

APA-nın məlumatına görə, tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Sirac Kərimli və digərləri artıq azadlığa çıxıblar.

Qeyd edək ki, dövlət başçısının martın 17-də imzaladığı sərəncam ümumilikdə 148 məhkuma şamil olunub. Onlardan 137 nəfər azadlığa buraxılıb, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər cərimə cəzasından azad edilib. Əfv olunan arasında əcnəbilər də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR