Qusarda ikimərtəbəli evdə yanğın olub

Qusarda ikimərtəbəli evdə yanğın olub
# 16 aprel 2017 05:21 (UTC +04:00)

Qusarda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,

Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 130 m2 sahədə yanıb.

Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 04:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR