Sülh Platforması Ermənistanın baş nazirinin həyat yoldaşının təşəbbüsünə münasibət bildirib

Sülh Platforması Ermənistanın baş nazirinin həyat yoldaşının təşəbbüsünə münasibət bildirib
# 27 iyul 2018 15:19 (UTC +04:00)

“Anna Akopyanın uzun müddət davam edən münaqişə nəticəsində xalqlarımızın qarşılaşdığı təhlükə ilə əlaqədar hiss etdiyi ağrıları bölüşürük”

Bu barədə APA-ya Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasından bildirilib. Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Moskva səfəri zamanı "Qadınlar Sülh Naminə" kampaniyasının təşəbbüsünü irəli sürdüyünü bəyan edib.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ictimai dəstəyi təşkil edən və iki xalq arasında davamlı sülhün və barışın yaradılması məqsədi olan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və davamlı sülhün qurulması prosesində qadınların rolunu yüksək qiymətləndirir və təhlükəsizliyin, bərpa və barışığın təmini hesab edir, silahlı münaqişələrin həlli, qarşısının alınması, nizamlanması və münaqişədən sonrakı sülh quruculuğunun bütün proseslərində qadınların fəal iştirakını təmin etməyə çağırır", - deyə açıqlamada qeyd olunur.

Sülh Platformasının bəyanatda deyilir ki, hər hansı sülhməramlı təşəbbüs - döyüşlərin dayandırılması, həyatın xilası, ərazi bütövlüyünün təmini, qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərə qaytarılması, onların təhlükəsizliyini və normal yaşayış şəraitinin təmin edilməsi ali humanitar məqsədlərə dəstək olur: “Biz sabit və ədalətli sülhün bərqərar olmasını Cənubi Qafqaz regionunun stabilliyinin aksioması kimi qəbul edərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyirik. Biz, Anna Akopyanın uzun müddət davam edən münaqişə nəticəsində xalqlarımızın qarşılaşdığı təhlükə ilə əlaqədar hiss etdiyi ağrıları və göstərdiyi qayğılarını bölüşürük və xalqlarımız arasında sülh və xoş qonşuluğun bərpası üçün birgə səy göstərməyə çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR