Bakıda təcili yardım avtomobili yanıb

Bakıda təcili yardım avtomobili yanıb
# 10 aprel 2018 21:36 (UTC +04:00)

Bakıda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Binəqədi rayonu ərazisində "Mercedes" markalı təcili yardım avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yol kənarında olan kommunikasiyalar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR