SOCAR istiqrazları üzrə 1,25 mln. dollar faiz ödənişi həyata keçirilib

SOCAR istiqrazları üzrə 1,25 mln. dollar faiz ödənişi həyata keçirilib
# 17 iyul 2018 11:33 (UTC +04:00)

Bu gün SOCAR-ın daxili bazar üçün buraxdığı istiqrazlar üzrə növbəti faiz ödənişi həyata keçirilib.

“SOCAR-Capital” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, SOCAR İstiqrazları sahiblərinin hesablarına hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 mln. 250 min dollar vəsait köçürülüb.

Pullar faiz ödənişindən bir həftə əvvəl Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb, bu gündən etibarən isə investorların hesabındadır.

Bu SOCAR İstiqrazları üzrə yeddinci faiz ödənişidir. Bununla da, qeyd olunan qiymətli kağızların sahiblərinin qazancı ümumilikdə indiyədək 8,75 mln. dollar təşkil edib.

Xatırladaq ki, nominal dəyəri 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5 faizdir. Faizlər hər 3 aydan bir ödənilir.

Hazırda SOCAR İstiqrazları ölkənin fond birjasında ən çox alınıb-satılan qiymətli kağızdır.

SOCAR İstiqrazlarının əsas üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılmasıdır.

Qeyd edək ki, ötən ilin noyabr ayından istiqrazlarla REPO əməliyyatlarına da start verilib. REPO əməliyyatları SOCAR İstiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq aşağı faizlə kredit götürmək imkanı verir.

İstiqrazlar üzrə növbəti və bu ilin son faiz ödənişi oktyabrın 17-də həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR