Tovuzda yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü Elşad Çəfərov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan elektrik dirəyinə çırpılıb. Qəza zamanı sürücü və sərnişin, 1996-cı il təvəllüdlü Elgün Əhmədov müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər.
Vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.