Gəncədə piyadanı vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Gəncədə piyadanı vurub qaçan sürücü saxlanılıb - <span style="color: red;">YENİLƏNİB
# 21 iyul 2018 07:48 (UTC +04:00)

Gəncədə piyadanı vuran avtomobilin sürücüsü saxlanılıb.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisəni "Mercedes" markalı minik avtomobilinin sürücüsü, 1997-ci il təvəllüdlü İsmət Məmmədovun törətdiyi müəyyənləşdirilib. O, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

***

23:56

Gəncədə avtomobil 27 yaşlı qadını vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Hələ ki markası məlum olmayan avtomobil piyada 1991-ci il təvəllüdlü Hüseynova Rübabə Asif qızını vurub. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR