Zaqatalada iki minik avtomobili toqquşub

Zaqatalada iki minik avtomobili toqquşub
# 21 fevral 2019 19:28 (UTC +04:00)

Zaqatalada iki minik avtomobili toqquşub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Zaqatala-Göyəm avtomobil yolunda qeydə alınıb.

“Mercedes” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsininn sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların adları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR