Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb

Sabirabad sakininin evində narkotik və silah aşkarlanıb
# 17 may 2018 09:41 (UTC +04:00)

Sabirabad sakininin evində narkotik və silah tapılıb.

DİN Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd “Tramadol”, 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin tapılıb.

Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR