Xızıda minik avtomobili maneəyə çırpılıb, sürücü ölüb

Xızıda minik avtomobili maneəyə çırpılıb, sürücü ölüb
# 06 oktyabr 2017 23:36 (UTC +04:00)

Xızıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xızı rayonu, Sitalçay kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı maneələrə çırpılıb.

Sıxılmış vəziyyətdə qalmış sürücü, 1990-cı il təvəllüdlü Nağıyev Zəki Nağı oğlunun cəsədi Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR