Dövlət Departamenti: ABŞ Suriyanı parçalamağı planlaşdırmır

Dövlət Departamenti: ABŞ Suriyanı parçalamağı planlaşdırmır
# 09 fevral 2018 01:32 (UTC +04:00)

İŞİD terror qruplaşmasını məhv etmək ABŞ-ın Suriyada yeganə məqsədidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinq zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert bildirib. H.Nauert bunu Rusiya XİN rəhbəri Sergey Lavrovun ABŞ-ın Suriyanı parçalamaq niyyətində olmasına dair bəyanatını şərh edərkən bildirib.

“ABŞ-ın yeganə məqsədi İŞİD-i məhv etməkdir, bunu hamı bilir. Budur bizim Suriyada mövcudluğumuzun yeganə səbəbi”, - deyə zamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.

“ABŞ-ın Suriyada olmasının daha bir səbəbi bu ölkədə vəziyyəti sabitləşdirmək, onu Cenevrə prosesindən keçirmək və gələcəkdə seçkilərə yaxınlaşdırmaqdır”, - deyə nümayəndə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR