Ötən il Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 9 müraciət daxil olub

Ötən il Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 9 müraciət daxil olub
# 24 yanvar 2018 12:16 (UTC +04:00)

2017-ci ildə Maliyyə Nazirliyinin Apelyasiya Şurasına 9 müraciət daxil olub.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, müraciətlərin 6-sı “Mərkəzi icra hakimiyyəti orqanlarının Apelyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tənzimləmə predmetinə aid olmayıb və adıçəkilən əsasnamənin şikayətlərə dair tələblərinə cavab verməyib. Bununla bağlı müraciət edən şəxslərə müvafiq qaydada yazılı cavab verilib.

Bundan başqa, ötən ildə Şuraya daxil olmuş müraciətlərdən 1-i ərizəçi tərəfindən geri götürülüb, digər 1 ərizəçi tələbi barədə Apelyasiya Şurası ilə yanaşı məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi üçün həmin şikayət üzrə Şurada başlanılmış icraata xitam verib.

Eyni zamanda, 1 müraciətə Maliyyə Nazirliyinin Apelyasiya Şurasının iclasında baxılaraq ərizəçinin şikayətinin qismən təmin edilməsi barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR