Siyəzəndə “OKA“ işıq dirəyinə çırpılıb, sürücü ölüb, sərnişin xəsarət alıb

Siyəzəndə “OKA“ işıq dirəyinə çırpılıb, sürücü ölüb, sərnişin xəsarət alıb
# 19 noyabr 2017 14:00 (UTC +04:00)

Bu gün Siyəzən rayonu ərazisində “OKA“ markalı minik avtomobili işıq dirəyinə çırpılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sıxılmış vəziyyətdə qalmış sürücü 1958-ci il təvəllüdlü İlyasov Hamlet Abusəlim oğlunun cəsədini və müxtəlif bədən xəsarətləri almış sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR