2020-2021-ci tədris ilindən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq - FOTO

2020-2021-ci tədris ilindən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq - FOTO
# 15 yanvar 2020 15:48 (UTC +04:00)

Azərbaycan-Fransız Universitetində (UFAZ) Total E&P Absheron şirkəti-Strasburq Universiteti (Unistra)-UFAZ və Paşa Bank ASC-Strasburq Universiteti (Unistra)-UFAZ arasında akademik və təhsil sahələrində peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirməsi çərçivəsində rəsmi Anlaşma Memorandumu imzalanıb.

APA-nın xəbərinə görə, imzalanma mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov iştirak edib.

M. Babanlı bildirib ki, 2020-ci ildə 125 nəfər UFAZ-dan məzun olacaq.

UNİSTRA-nın rektoru Mişel Done deyib ki, onlar magistr proqramının yaradılmasında maraqlıdırlar: “Biz azərbaycanlı həmkarlarımızla həm burda, həm də Strasburqda araşdırmalar aparacağıq”.

O UFAZ-ın böyük uğurlar qazandığını vurğulayıb.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross qeyd edib ki, UFAZ iki ölkə arasında uğurlu əməkdaşlığın təcəssümüdür.

Səfir bildirib ki, 2020-2021-ci tədris ilindən etibarən UFAZ-da magistratura pilləsinə qəbul aparılacaq.

Total E&P Absheron şirkətinin prezidenti Regis Agut və PAŞA Bank ASC-nin İdarə heyətinin sədri Taleh Kazımov da çıxış edərək qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR