Vəzifəli şəxslərin adında dələduzluq edən şəxslər zərərçəkmişlərlə barışıq əldə ediblər

Vəzifəli şəxslərin adında dələduzluq edən şəxslər zərərçəkmişlərlə barışıq əldə ediblər
# 27 fevral 2017 09:25 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Alim İbrahimov və Tərlan Comərdovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə barışıq əldə etdikləri haqqında məhkəməyə ərizə ilə müraciət ediblər.

Məhkəmə prosesi martın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Alim İbrahimov və Tərlan Comərdov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar. Onlar özlərini Prezident Administrasiyasının əməkdaşları kimi təqdim edərək, zərərçəkmiş Adil Həsənov və Fikrət İbrahimovun ümumilikdə 151 min manat dəyərində pulunu ələ keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR