Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb - YENİLƏNİB-1

Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb - <span style="color: red;">YENİLƏNİB-1
# 10 mart 2017 12:22 (UTC +04:00)

Göygöl rayonunda qətl törədən 80 yaşlı qadın saxlanılıb.

APA-nın qərb bürosunun məlumatına görə, saxlanılan Mərquş Bayramova Şiraslan Atakişiyevi söyüş söydüyü üçün qətlə yetirdiyini deyib.

Mərhumun qardaşı Rizvan Atakişiyev APA-ya deyib ki, qardaşı Bakıda qalırmış. Dünən Bakıdan rayona gəlib: “Heç anamgillə görüşməyib. Gecə Mərquş Bayramova anamın evinə gedərək, Şiraslanı öldürdüyünü deyib. Mən buna şübhə ilə yanaşıram, o yaşlı qadının qardaşıma gücü çatmazdı. Ümid edirik ki, bu məqam xüsusi araşdırılacaq”.

R. Atakişyevin sözlərinə görə, hadisədən sonra Mərquş Bayramovanın yaxınları onların evinə basqın edərək, pəncərələri sındırıblar.

***

10.35

Göygöldə qohumunu öldürən qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisəni 80 yaşlı Mərquş Bayramovanın törətdiyi bildirilir. Hazırda Murovdağ qəsəbəsində yaşayan M. Bayramova Kəlbəcərdən olan məcburi köçkündür. Hadisə şəxsi münaqişə zəminində törədilib.


Araşdırmalar davam edir.

***

09.30

Göygöldə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1974-cü il təvəllüdlü Atayev Şiraslan Yunis oğlu bıçaqlanaraq qətlə yetirilib. İlkin məlumata əsasən, Ş. Atayevi qohumu olan qadın öldürüb. Cinayəti törədən qadının saxlanıldığı bildirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR