Siyəzəndə yanğın olub

Siyəzəndə yanğın olub
# 22 iyul 2017 07:20 (UTC +04:00)

Siyəzən rayonunda yanğın hadisəsi baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, rayonun Sədan kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılmış 40 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR