“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 52% artıb

“Ziraat Bank Azərbaycan”ın öhdəlikləri 52% artıb
# 17 aprel 2017 09:00 (UTC +04:00)

2017-ci ilin I rübündə “Ziraat Bank Azərbaycan” ASC-nin aktivləri 151 mln. 84,05 min manata çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31,5% çoxdur.

APA-Economics” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə bankın kredit portfelinin həcmi 2,65 dəfə artaraq 54 mln. 831,64 min manat təşkil edib.

Hesabat dövründə bankın öhdəlikləri 89 mln. 420,1 min manat təşkil edib ki, bu da illik müqayisədə 52% artım deməkdir.

Bankın depozit portfelinin həcmi isə 2,55 dəfə artaraq 48 mln. 47,04 min manatdır.

Hesabat dövründə bankın nizamnamə kapitalı dəyişilməz olaraq 50 mln. manat təşkil edib. Əvəzində, məcmu kapital 7,8% artaraq 60 mln. 489,910 min manata çatıb.

Bu ilin ilk üç ayını bank 1 mln. 337,86 min manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR