Rusiyada avtomobil qəzası baş verib, 6 nəfər ölüb

Rusiyada avtomobil qəzası baş verib, 6 nəfər ölüb
# 06 fevral 2018 07:14 (UTC +04:00)

Rusiyanın Leninqrad vilayətində mikroavtobusla yük maşını toqquşub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, qəza bu səhər yerli vaxtla 06:20 radələrində baş verib.

Mikroavtobus qarşı yola çıxaraq yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və beş sərnişin ölüb.

Qəzanın detalları araşdırılır.

Qeyd edək ki, son günlər güclü qar Sankt Peterburq şəhərində və Leninqrad vilayətində yollarda qəzaların artmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR