Stokholmdakı terror aktında şübhəli bilinən şəxs İŞİD ilə əlaqəli olub

Stokholmdakı terror aktında şübhəli bilinən şəxs İŞİD ilə əlaqəli olub
# 10 aprel 2017 10:04 (UTC +04:00)

İŞİD Özbəkistan vətəndaşı, 39 yaşlı Rahmat Akilova Stokholmda terror aktı həyata keçirməyə əmr edib.

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu İsveç polis idarəsinin rəisi Yonas Hayzinq deyib.

“Biz onun ekstremist qruplaşmalara simpatiya bəslədiyini bilirik. Rahmat Akilovun idarə etdiyi yük maşının içində partlayıcı qurğunun hazırlanmasında istifadə oluna biləcək müxtəlif kimyəvi, alışqan maddələr aşkar edilib. Stokholmun şimalında Akilovun gizləndiyi mənzildə axtarış zamanı ona qarşı istifadə oluna biləcək 70-ə yaxın rəqəmsal dəlil tapılıb”, - deyə o vurğulayıb.

Qeyd edək ki, R. Akilov 2014-cü ildə İsveçdə sığınacaq almaq üçün müraciət edib, lakin keçən ilin sonunda ona rədd cavabı verilib. Qərardan sonra ölkəni dörd həftə ərzində tərk etməli olan R. Akilov bunun əvəzində gizlənməyi üstün tutub. Hakimiyyət orqanları məcburi şəkildə deportasiya etmək üçün onu axtarışa verib.

Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR