Saatlıda xəstə rentgen otağında ölüb

Saatlıda xəstə rentgen otağında ölüb
# 24 fevral 2017 08:21 (UTC +04:00)

Saatlıda vərəmli xəstə rentgen otağında ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 10.00 radələrində Saatlı Mərkəzi Rayon Xəstəxanasının rentgen otağında qeydə alınıb. Rayon sakini, 1967-ci il təvəllüdlü Rəsulov Bayram Firudin oğlu təcili yardımla xəstəxanaya çatdırılıb, o, rentgen otağında müayinə zamanı qəfildən ölüb.

Həkimlərin bildirdiyinə görə, ağır dərəcəli vərəm xəstəsinin səhhəti son anda ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR