Bakıda mənzildə 75 yaşlı qadının cəsədi tapılıb

Bakıda mənzildə 75 yaşlı qadının cəsədi tapılıb
# 25 dekabr 2016 09:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nizami rayonunda 1941-ci il təvəllüdlü Allahverdiyeva Rima Amuxan qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub. Əməliyyat saat 10:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR