Binəqədi RİH “Sakinlərin Müraciət Xidməti-1646″-nın statistik məlumatlarını açıqlayıb

Binəqədi RİH “Sakinlərin Müraciət Xidməti-1646″-nın statistik məlumatlarını açıqlayıb
# 07 fevral 2018 10:20 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının 6 fevral 2013-cü il tarixli sərəncamı ilə “Sakinlərin Müraciət Xidməti-1646″ (SMX-1646) istifadəyə verilib.

Bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.

2013-2018-ci illər arasında Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 165970 vahid, birbaşa cavablandırılan zənglərin sayı 130843 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 35055 vahid olub.

5 ildir xidmət göstərən “Sakinlərin Müraciət Xidməti-1646″ (SMX-1646) fəaliyyətini əks etdirən statistik məlumatlar təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR