Oqtay Əsədov: “Dünyada münasibətlər Rusiya-Azərbaycan münasibətləri kimi olsaydı, heç bir problem yaranmazdı”

Oqtay Əsədov: “Dünyada münasibətlər Rusiya-Azərbaycan münasibətləri kimi olsaydı, heç bir problem yaranmazdı”
# 07 fevral 2018 12:17 (UTC +04:00)

“Mən prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı çıxışında qeyd etdiyi bir fikri xatırlatmaq istərdim: Əgər bütün dünyada münasibətlər Rusiya və Azərbaycan arasında olan münasibətlər kimi olsaydı, o zaman dünyada heç bir problem olmazdı. Hesab edirəm ki, bu fikir Azərbaycan-Rusiya münasibətlərinin kursunu göstərir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının binasında Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə keçirilən tədbirdə çıxışında deyib. O, sərginin təşkili ilə əlaqədar Rusiya Dövlət Dumasına, Dumanın MDB ilə iş üzrə Komitəsinə təşəkkürünü bildirib: “Əminəm ki, belə tədbirlər gələcəkdə də Rusiya-Azərbaycan münasibətlərinin inkişafına yardım edəcək. Bu münasibətlərin inkişafında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm rol oynayır. Bu səfərlər çərçivəsində 200-dən artıq dövlətlərarası ikitərəfli sənəd imzalanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR