İŞİD-in Əfqanıstanda hərbi akademiyaya hücumu nəticəsində həlak olan hərbçilərin sayı 11-ə yüksəlib - YENİLƏNİB-1

İŞİD-in Əfqanıstanda hərbi akademiyaya hücumu nəticəsində həlak olan hərbçilərin sayı 11-ə yüksəlib - <span style="color: red;">YENİLƏNİB-1
# 29 yanvar 2018 09:10 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücum nəticəsində həlak olan hərbçilərin sayı 11-ə yüksəlib, 16 hərbçi yaralanıb.

APA-nın yerli "Tolo News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi Dövlət Vəziri bildirib.

Bundan əvvəl İŞİD terrorçularının hücumu nəticəsində beş hərbçinin həlak oldu, 10 hərbçinin yaralandığı açıqlanmışdı.

***

10.08

Əfqanıstanın paytaxtı Kabildə hərbi akademiyaya hücuma görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə Əfqanıstanın 1TV kanalı məlumat yayıb.

Hadisə nəticəsində 5 əfqan hərbçisi həlak olub, daha 10 nəfər yaralanıb.

Hücum edənlərdən 4-ü öldürülüb, biri ələ keçirilib.

***

07.20

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslərdən ibarət dəstə hərbi akademiyaya hücum edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hazırda atışma davam edir, ərazidə partlayışların eşidildiyi bildirilir.

Rəsmi qurumlar ali hərbi təhsil müəssisəsinə terrror hücumunun törədildiyini təsdiqləyiblər.

Məlumata görə, terrorçular bu dəfə Marşal Fahim adına Milli Hərbi Universiteti hədəf seçiblər.

Hazırda təhsil müəssisəsinə aparan bütün yollar bağlanılıb.

Ölənl və yaralananlar barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR