Çin xarici işlər naziri: "Ancaq mühüm maraqlara qarşılıqlı hörmət ABŞ-la münasibətləri sabit saxlayacaq"

Çin xarici işlər naziri: "Ancaq mühüm maraqlara qarşılıqlı hörmət ABŞ-la münasibətləri sabit saxlayacaq"
# 23 dekabr 2016 07:39 (UTC +04:00)

"Çin-ABŞ münasibətləri yeni qeyri-müəyyənliklərlə üzləşir və ancaq mühüm maraqlara olan qarşılıqlı hörmət münasibətləri sabit saxlayacaq".

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

Onun sözlərinə görə, ancaq Çin və ABŞ bir-birinin mühüm maraqlarını və əsas narahatlıqlarını nəzərə alıb, buna hörmətlə yanaşdığı halda sabit, uzunmüddətli və hər iki tərəfə faydalı olan əməkdaşlıq mümkündür.

Nazirin fikrincə, hansısa şəxs bu münasibətlərə əngəllər yarada bilməz. Bununla o, Tayvan barədə və Çindən ABŞ-a idxal olunan məhsullara yeni tariflər tətbiq edəcəyi ilə bağlı rəsmi Pekini qıcıqlandıran açıqlamalar verən ABŞ-ın yeni prezidenti Donald Trampa işarə edib.

Qeyd edək ki, Cənub Çin dənizi Çin hökuməti və ABŞ-ın yeni administrasiya arasında münasibətlərin gərginləşə biləcəyi regionlardan biridir. Çin ələ keçirdiyi ABŞ sualtı dronunu bu həftə geri qaytarıb. D.Tramp isə çinliləri hərbi aparatı oğurlamaqda ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR