Ötən il ümumilikdə 1335 kilometrlik yolda təmir işləri aparılıb

Ötən il ümumilikdə 1335 kilometrlik yolda təmir işləri aparılıb
# 18 yanvar 2018 14:09 (UTC +04:00)

Avtomobil Yolları Dövlət Agentliyi 2017-ci ildə əsaslı və yenidənqurma işləri ilə bağlı statistikanı açıqlayıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, ötən il ərzində uzunluğu 1 335 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Respublika əhəmiyyətli - 313,4 km;

Yerli əhəmiyyətli - 888,7 km;

Bakı şəhər yolları - 133,0 km.

“Müqayisə üçün qeyd edək ki, 2015-ci ildə 525 kilometr, 2016-cı ildə isə 880 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub. 2018-ci ildə bu rəqəmin artaraq 2 min km-dən artıq olması nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR