Balakən sakini yeni traktor ixtira edib - FOTO

Balakən sakini yeni traktor ixtira edib - FOTO
# 24 fevral 2019 10:38 (UTC +04:00)

Balakən sakini yeni traktor ixtira edib.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayonu Katex kənd sakini Asim Quliyev bu traktoru ərsəyə gətirmək üçün suvarmada istifadə olunan nasosdan, “QAZ-51” markalı yük maşınının sürət qutusundan və “NİVA” markalı minik avtomobilinin təkərlərindən istifadə edib. Traktorun çəkisi 400 kiloqram təşkil edir. A.Quliyev bu texnikanın hazırlanmasına 1200 manat pul xərcləyib.

Yeni traktorla yer şumlamaqla yanaşı əkin sahələrini suvarmaq üçün də istifadə olunacaq. Bu texnika ilə hətta elektrik enerjisinin verilməsi mümkündür. Benzinlə işləyən traktor 1 saat ərzində 700 qram yanacaq sərf edir.

Vüqar Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR