Göyçayda ürək tutmasından öldüyü bildirilən qadının intihar etdiyi məlum olub

Göyçayda ürək tutmasından öldüyü bildirilən qadının intihar etdiyi məlum olub
# 27 iyul 2017 08:09 (UTC +04:00)

Göyçay rayonunda intihar hadisəsi olub.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacalıkənd kəndində qeydə alınıb. Kənd sakini, bir uşaq anası, 20 yaşlı Fəridə Kərəm qızı Salmanova yaşadığı evin zirzəmisində özünü asıb.

Polisə ilkin olaraq F. Salmanovanın ürək tutmasından öldüyü bildirilsə də, sonradan araşdırmalar nəticəsində onun intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR