Bank Of Baku

Bakı sakini “Kalaşnikov”la tutulub

Bakı sakini “Kalaşnikov”la tutulub
# 26 aprel 2018 09:19 (UTC +04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

      

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə paytaxt sakini, əvvəllər məhkum olunmuş Anar Hacıyevdə odlu silah-sursat olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.  Hal şahidlərinin iştirakı ilə A.Hacıyevin əlindəki çantaya baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və patronlar aşkar olunaraq götürülüb.

      

Faktla  bağlı 5-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR