Üç cildlik yeni “Azərbaycan tarixi”nin yazılmasına gələn ildən başlanacaq

Üç cildlik yeni “Azərbaycan tarixi”nin yazılmasına gələn ildən başlanacaq
# 25 dekabr 2012 10:01 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı sənədlərin toplanmasına başlanılıb: “Bu, çox ciddi məsələdir. Çünki ölkənin indiyə qədərki tarixində Azərbaycanın itirilmiş torpaqları öz əksini tapmayıb, yalnız indiki Azərbaycan Respublikasının əhatə etdiyi tarix öyrənilib. Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisi Azərbaycan tarixinə salınmayıb. Bizim 500 illik Tiflis əmirliyimiz olub. Əbəs yerə deyil ki, Fətəlixan Xoyskinin, Mirzə Fətəli Axundzadənin, Mirzə Şəfi Vazehin qəbirləri Tiflisdədir. Tiflis Azərbaycan mədəniyyətini mərkəzlərindən biri idi. Bu tarix araşdırılanda məlum olacaq ki, Gürcüstandakı Şah Abbas məscidi və Tiflis əmirliyinin iqamətgahlarının hamısı dağıdılıb. İndi gürcülər Azərbaycanda David Qareci məsələsi qaldırırlar. Onda Azərbaycanın haqqı var ki, öz abidələrinə sahib çıxsın. Azərbaycan digər dövlətdən ərazi istəmir, amma bizim tarixi abidələri bərpa etsinlər. Bu məsələlərə dövləti münasibət olmalıdır”.

Y.Mahmudov deyib ki, yeni “Azərbaycan tarixi” yazılan zaman Cənubi Azərbaycanın, Borçalı və Dərbəndin tarixləri də dərindən araşdırılacaq: “İndiyədək bu istiqamətdə xeyli iş görülüb. Gördüyümüz işləri yekunlaşdırmaqdan ötrü ümumiləşdirmələrə başlamışıq. Güman edirəm ki, yaxın üç il ərzində Azərbaycanın mükəmməl tarixini yaza biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR