Prezident seçkiləri ilə bağlı Penitensiar xidmət üzrə yaradılmış komissiyanın iclası keçirilib

Prezident seçkiləri ilə bağlı Penitensiar xidmət üzrə yaradılmış komissiyanın iclası keçirilib
# 01 oktyabr 2013 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda keçiriləcək prezident seçkilərinin penitensiar müəssisələrdə seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli köməklik göstərilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Penitensiar xidməti üzrə yaradılmış komissiyanın iclası keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komissiyanın sədri, Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov seçkilərə hazırlıqla bağlı komissiyanın üzvlərinin hesabatlarını dinləyib. Tabe qurumlarda seçkilərin azad, sərbəst səsvermə yolu ilə keçirilməsi üçün bütün lazımi şəraitin yaradılmasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR